Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 27-də 8 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilib.
Elana çıxarılan vəzifələr mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə, həmçinin məhkəmə orqanlarında olmaqla 46-sı dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 18-i isə B növünə (inzibati icraçı) aiddir.
Ümumi müsahibəyə çıxarılan ən yüksək vəzifələr inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda Aparat rəhbərinin müavini – direktor müavini, Dövlət Məşğulluq Xidmətində rəis müavini və inzibati vəzifələrin 5-ci təsnifatına uyğun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi və Energetika Nazirliyində şöbə müdiri və sektor müdiri, Dövlət Turizm Agentliyində dövlət orqanı rəhbərinin müşaviri vəzifələridir. Ümumilikdə isə Maliyyə Nazirliyində 1, Sumqayıt Apellyasiya Məhkəməsində 1, Energetika Nazirliyində 5, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 46, Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyində 2, Şəki İnzibati-İqtisadi Məhkəməsində 5, Dövlət Turizm Agentliyində 3 və Ali Attestasiya Komissiyasında 2 vəzifə olmaqla 65 vakant vəzifə müsahibəyə çıxarılıb.
Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu elektronlaşdırılıb. Təqdim edilən sənədlər dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatları əsasında yoxlanılır. Elektron qaydada daxil edilmiş məlumatların və sənədlərin düzgünlüyünün elektron informasiya ehtiyatları əsasında yoxlanılması mümkün olmadığı halda, Mərkəzin tələbi əsasında müvafiq sənədlərin müəyyən edilmiş qaydada təsdiq olunmuş surətləri və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əsilləri Mərkəzə təqdim edilməlidir.
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə noyabrın 27-dən dekabrın 27-nə kimi saat 18.00-dək (30 gün müddətində) Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.(Trend)
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...