Bu, mənim Azərbaycanın cənub bölgəsinə ilk səfərimdir. Ona görə də bu yerlərin təbiəti, insanları, adət-ənənələri ilə tanış olmaq mənim üçün çox maraqlıdır.
Bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində söyləyib.
Səfir deyib: “Əlbəttə, bütün Azərbaycan gözəldir. Ancaq ölkənin hər bir rayonunun özünəməxsus mədəniyyəti, adət-ənənələri və mətbəxi var.
Astaranın çox gözəl mətbəxi var. Burada gördüyüm qonaqpərvərlik məndə xoş təəssürat yaratdı. İnanıram ki, cənub bölgəsinin digər rayonlarına səyahətimiz də bizdə zəngin təəssüratlar yaradacaq”.