Belarusun paytaxtı Minskdə azərbaycanlı kikboksçu Zabit Səmədov növbəti döyüşünü keçirib. “Axmat” Fight Show gecəsinin mərkəzi görüşündə ağırçəkililər – “Mauqli” ləqəbli Səmədovla rusiyalı Yevgeni Orlov üz-üzə gəlib. Zabit Səmədovun aşkar üstünlüyü ilə keçən görüşdə azərbaycanlı idmançı rəqibini nokauta göndərib. Ona bu qələbəyə görə səyahət talonu mükafatı verilib.(oxu.az)