Şirin, dadlı, ətirli mandarinin bir çox faydalı xüsusiyyətləri var.
Mandarin ən güclü antioksidantlar sayılan C və A vitaminlər, B qrupu vitaminləri, maqnezium, kalium, dəmir, kalsium kimi minerallar, pektinlər, orqanik turşular, flavonoidlərlə olduqca zəngindir. Belə zəngin tərkibə görə mandarin insan sağlamlığına böyük fayda verir.
 Sizi mandarinin faydaları ilə tanış edirik:
– Mandarin kapilyar və damarları təmizləyir və möhkəmləndirir, onları daha elastik edir.
– Qanda xolesterinin səviyyəsini aşağı salır.
– Ürəyin fəaliyyətini yaxşılaşdırır.
– Qaraciyəri piylənmədən qoruyur.
– Sakitləşdirir, əhvalı yaxşılaşdırır, stresdən çıxardır.
– Görməni və dərinin vəziyyətini yaxşılaşdırır.
– Bağırsaqları təmizləyir, qəbizlik zamanı faydalıdır.
– Şəkərli diabetin inkişafından qoruyur.
– Xərçəng əleyhinə təsirə malikdir.
– Virus və göbələklərə öldürücü təsir edir.
– Orqanizmdə iltihabları azaldır.
– Orqanizmi möhkəmləndirir, orqanizmin tonusunu qaldırır, yorğunluğu azaldır.
– Metabolizmi sürətləndirir, orqanizmdə piylərin yığılmasına mane olur.
Bütün bu faydalı xüsusiyyətlərinə baxmayaraq alimlər mandarini həddindən çox yeməyi tövsiyə etmirlər. Böyüklər gün ərzində 3-4 mandarin yeyə bilərlər.
Bəzi mədə-bağırsaq sistemi xəstəlikləri zamanı mandarin yemək olmaz. Həmçinin mandarin allergiyaya səbəb ola bilər. NUHÇIXAN