3-7 dekabr   tarixlərində  Astara Heydər Əliyev Mərkəzində 12 Dekabr Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Azərbaycanın dinamik inkşafına həsr olunmuş ömür yolu” (Heydər Əliyev) mövzusunda tarix dərsləri keçirilmişdir.
Tarix dərslərində   şəhər 2,  5 saylı, Ərçivan qəsəbə 3 saylı tam orta,   Ərçivan qəsəbə 4 saylı tam orta,   Sərək kənd tam orta məktəblərinin müəllimləri və şagirdləri iştirak etmişlər.Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Mərkəzin bələdçisi Cəmalə Məmmədova mövzu ilə bağlı geniş məruzə edərək müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğu sahəsində Ulu Öndər Heydər Əliyevin genişmiqyaslı gərgin fəaliyyəti, bu yolda qarşıya çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin yaranması, Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunun getdikcə artması, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar haqqında müəllim və şagirdlərə daha ətraflı və dolğun məlumatlar çatdırmışdır.
Çıxış edən müəllimlər və şagirdlər ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında əvəzolunmaz xidmətlərindən danışmışlar.
  Tarix dərslərində “Dahi şəxsiyyət” və “Müstəqil Azərbaycanın qurucusu” adlı filmlər nümayiş olunmuşdur.
Elza Kazımova
Astarainfo.az