Dekabrın 10-da Astara Olimpiya İdman Kompleksində rayon gənclər və idman idarəsi, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən hərbi-idman yarışlarında 420 şagird qüvvə və bacarığını sınayıb. Yarışlar Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.
Tədbirin keçirilməsində məqsəd məktəblilərə vətənpərvərlik hisslərinin aşılanması, onların fiziki hazırlıq səviyyəsinin artırılması, şagirdlər arasında sağlam həyat tərzini təbrik etməkdir.
Komandaların keçidindən sonra Şahağac kənd 1 nömrəli kənd tam orta məktəbin ikinci sinif şagirdləri vətənpərvərlik mövzusunda kompozisiya nümayiş etdiriblər.
İki gün davam edən yarışlarda məktəblilər hərbi-idman, əyləncəli, kəndirdartma, həndbol və voleybol oyunlarında yarışıblar.
Qaliblərə fəxri fərmanlar təqdim olunub.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən rayon təhsil şöbəsinin müdiri Rəşad Həsənov, gənclər və idman iradəsinin rəisi Ərçə Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki rolundan danışaraq, məktəblilərə yeni-yeni qələbə sevincləri arzulayıblar.
Astarainfo.az