Özbəkistanın Konstitusiya Günü ilə əlaqədar Səmərqənd şəhərindəki Kuksaroy meydanında ölkənin ən böyük bayrağı ucaldılıb.
Bayrağın uzunluğu 20, eni isə 10 metrdir. Bayraq dirəyinin hündürlüyü isə 60 metrdir.
Səmərqənd vilayət hakiminin müavini Rustam Kabilov jurnalistlərə deyib ki, 2019-cu ildə vilayətin ərazisində daha dörd belə bayraq ucaldılacaq.(AZƏRTAC)