Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu ünvanlayıb.
Təbrik mətnində deyilir:
“Əlahəzrət,
Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Bəhreyn əlaqələri daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bəhreyn xalqına daim sülh və rifah arzulayıram”.(Report)