Çex Respublikasında təşkil olunmuş 46-cı Beynəlxalq Uşaq İncəsənət Sərgisində Astara Dövlət Rəsm Qalereyasının yetirmələrinin əl işləri yüksək qiymətləndirilib. Bununla bağlı sərginin təşkilat komitəsindən Astara Dövlət Rəsm Qalereyasına təşəkkür məktubu göndərilib.
Astara Dövlət Rəsm Qalereyasının direktoru Naibə Mustafayeva Astarainfo.az-a bildirib ki, dünyanın 79 ölkəsindən olan gənc rəssamların əl işlərinin nümayiş etdirildiyi sərgidə rayonun həvəskar rəssamlarının çəkdiyi şəkillər mövzu müxtəlifliyi və sənətkarlıq baxımından iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Rəsm Qalereyası beynəlxalq sərgidə fəal iştirakına görə 2019-cu ilin mart ayında keçiriləcək 47-ci Beynəlxalq Uşaq İncəsənət Sərgisinə dəvət alıb.
Astara Dövlət Rəsm Qalereyasının nəzdində fəaliyyət göstərən “Rəssamlıq” dərnəyinin 20 üzvünün əl işləri 47-ci Beynəlxalq Uşaq İncəsənət Sərgisində nümayiş olunmaq üçün yanvar ayında Çex Respublikasına göndəriləcək.
Astara Dövlət Rəsm Qalereyasının  Direktoru
Naibə Mustafayeva
Astarainfo.az