Astara rayonunda XIX əsrin yadigarı olan tarixi abidələrdən biri Ərçivan qəsəbəsindəki Kərbəlayi Həmid Abdulla hamamıdır.
AZƏRTAC xəbər verir ki, hamam 1806-cı ildə Kərbəlayi Həmid Abdulla tərəfindən tikilib.
Səkkiz günbəzdən ibarət olan hamam yumurta sarısı və ocaq külünün qarışığından hazırlanmış məmulatla çiy kərpicdən hörülüb. Bir zamanlar ərçivanlılara, həm də qonşu kəndlərin sakinlərinə xidmət edən hamamdan həftənin iki günü qadınlar, qalan günləri isə kişilər istifadə ediblər.
Ərçivan qəsəbə sakini, mədəniyyət işçisi Əsədulla Musayev bildirib ki, binanın isdilməsində əsasən odundan istifadə edilib. Tüstünün bayıra çıxdığı kanallar hamamın hücrələrindən birinin döşəməsi boyu keçərək əlavə isitmə funksiyasını da həyata keçirib.
Hamam karvan yolunun ərazisində yerləşdiyindən buradan səyyahlar və tacirlər də yararlanıblar.
Şərq üslubunda tikilmiş və ötən əsrin sonlarına kimi fəaliyyət göstərən hamam 2001-ci ildən Nazirlər Kabinetinin qərarı ilə yerli əhəmiyyətli tarixi abidə kimi qorunur.
Hamam uzun müddət təmir olunmadığından aşınmaya məruz qalıb və nəticədə günbəzlərindən biri dağılıb. Tariximizin bir parçası olan bu qədim mədəniyyət abidəsinin əsaslı təmirə ciddi ehtiyacı var.(AZƏRTAC-Bağır Əliyev)
Bu gün Respublikanın hər yerində olduğu kimi Astara rayonunun ümumtəhsil məktəblərində də 2021-2022-ci tədris ilinin ilk dərs günüdür.
İlk dərs günündə Astara rayon İcra Hakimiyyətinin...