“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasının təmin edilməsi məqsədilə 20, 27 oktyabr və 3 noyabr tarixlərdə keçirilən “İstedadların hazırlığı Laboratoriyası” lahiyəsi çərçivəsində VI Respublika Olimpiyadasının onlayın turlarında Pensər kənd 2 saylı tam orta məktəbin şagirdləri  Səfərov Elşad və Əliyev Zəka uğurlu nəticə qazanaraq beynəlxalq olimpiyadada Astara rayonunu təmsil etmək hüququ qazanıblar.
Dekabrın 10-15-i tarixlərdə Bakı şəhərində Gənclər və İdman Nazirliyi və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə yeniyetmələr arasında təbiət elmləri üzrə “İstedadların hazırlığı Laboratoriyası” adlı beynəlxalq olimpiyada keçirilib.
Olimpiyadada Azərbaycanla yanaşı 9 xarici ölkənin (Belarus, Estoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan və Türkmənistan) 100 dən çox yeniyetmələri birincilik uğrunda  mübarizə aparıblar.
Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Rufan Şirinovun rəhbərliyi ilə Səfərov Elşad və Əliyev Zəka beynəlxalq olimpiyadada Astaranı təmsil ediblər.
Olimpiyadanın yekununda Əliyev Zəka  III yerə layiq görülərək bürünc medalı qazanıb,Gənclər və İdman Nazirliyinin diplom və qiymətli hədiyyəsi ilə mükafatlandırılıb.
Həmçinin Səfərov Elşad Beynəlxalq Olimpiyadanın final mərhələsində iştirak etdiyi üçün Nazirliyin sertifikatı ilə təltif olunub.
Rufan Şirinov, RGİİ-nin aparıcı məsləhətçisi
Astarainfo.az