Sarımsağın xərçəngdən tutmuş adi soyuqdəyməyə qədər bütün xəstəliklərə əlac olduğunu bilirik.
Sarımsaqdan hazırlanan təbii məlhəmlər vasitəsilə müxtəlif xəstəliklərdən qurtulmağın üsullarını təqdim edirik.
Bronxial astma: Eyni miqdarda sarımsaq və qıtıqotunu əzib sıyiq halına gətirin. Üzərinə 150 qram kərə yağı və 600 qram bal tökün. Su hamaında isidərək qarışdırıb, şüşə qaba tökün. Möhkəm qapaqla bağlayıb soyuducuda saxlayın. Hər gün yeməkdən 1 saat öncə 1 xörək qaşığı miqdarında için. Müalicə kursu 2 aydır. Bir ay fasilədən sonra ehtiyac olarsa, yenə davam edin.
Lyamblyoz: Eyni miqdarda sarımsaq və qıtıqotu(xren) götürün. Hər ikisini sıyıq olanadək əzin. Üzərinə yarım litr araq tökün. Məhlulu 10 gün saxladıqdan sonra gün ərzində 2-3 dəfə olmaqla yeməkdən 20 dəqiqə öncə 1 xörək qaşığı udun.
İstənilən halda sarımsağı süfrələrinizdən əskik etməyin.(Publika.az)
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...