Gələn ildən Azərbaycanda notariat xidmətlərinin səyyar və məsafədən videoəlaqə vasitəsilə həyata keçirilməsi mümkün olacaq.
Astarainfo.az “Report”-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda yer alıb.
Bundan başqa, nazirliyə maliyyə imkanları çərçivəsində bir sıra şəhər və rayon qeydiyyat şöbələrinin və dövlət notariat kontorlarının iş şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər görülməsi də tapşırılıb.
16 aprel 2024-cü il tarixində Astara Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət...