Bu il qış fəslinin Azərbaycana gəlmə vaxtı məlum olub.
Bu barədə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov məlumat verib.
Alim qeyd edib ki, qış fəslinin Azərbaycana gəlişi dekabrın 22-si Bakı vaxtı ilə saat 02:22-də baş verəcək. Həmin tarixdə payız fəsli başa çatacaq, ölkə ərazisinə qış fəsli daxil olacaq. (xezerxeber.az)