Lənkəranda yol qəzasında bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Hadisə Lənkəran-Boradigah yolunun Lənkəran ərazisində qeydə alınıb.

Sıx dumanlı hava şəraitində əks istiqamətlərdə hərəkətdə olan 42 BS 578 dövlət qeydiyyat nişanlı “VAZ 2106” markalı avtomobil 42 BO 227 dövlət qeydiyyat nişanlı, “VAZ 2107” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ 2106”nın sürücüsü Lənkəran rayon Havzsva kənd sakini 1961-ci il təvəllüdlü İmaməliyev Allahverdi Sürət oğlu hadisə yerində ölüb. “VAZ 2107”nin sürücüsü Ravin Şükürov isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(report)