Şahin Əliyev adına Astara rayon Rudəkənar kənd ümumi orta məktəbində şəhidin anım mərasimi keçirilib. Tədbirdə məktəbin şagird, müəllim kollektivi, şəhidin  qardaşları, “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə, rayon təhsil şöbəsinin məsləhətçisi Vüqar Şahbazov, rayon təhsil şöbəsinin yanında metod kabinetin metodisti Nizaməddin Ələkbərov və başqaları iştirak etmişdir.
Dövlət himni səsləndiriləndən sonra məktəbin direktoru  Rəvanə Məmmədova  şəhidin keçdiyi ömür yolundan və  kəndin digər şəhidləri Çingiz Abdullayevin, Rahim Musayevin, Rafiq Məmmədovun qəhrəmanlığından danışmış xatirələri bir dəqiqəlik  sükutla yad edilmişdir.
 “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə, rayon təhsil şöbəsinin məsləhətçisi Vüqar Şahbazov, məktəbin dil-ədəbiyyat  müəllimi Firuzə Mirzəyeva,  şəhidin qardaşı Şaiq Əliyev çıxış edərək cəmiyyətimizdə yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin və vətən sevgisinin aşılanması, vətən uğrunda canından keçmiş oğullarımızın həyat və qəhrəmanlıq dolu ömür yolunun təbliğinin önəmli olduğunu bildiriblər.
Çıxış edənlər qeyd etmişlər ki, Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda canlarından keçmiş oğul və qızlarımızın qəhrəmanlıqları bu gün böyüməkdə olan gənc nəslə örnəkdir. Şəhidlik zirvəsinə ucalmış mərd oğul və qızlarımızın xatirəsi hər zaman ehtiramla anılır, onların adları məktəblərə,küçələrə,prospektlərə verilməklə əbədiləşdirilir.
Məktəbdə təşkil olunan ədəbi-bədii tədbirdə şagirdlərin ifasında Azərbaycana, şəhidlərimizə həsr olunmuş şeirlər səslənmiş, ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Nicat Raufoğlu
Astarainfo.az