Nazirlər Kabineti “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nı təsdiq edib. Astarainfo.az Yeniavaz.com-a istinadən xəbər verir ki, illik gəliri 200 min manata qədər olan və maksimum 10 işçiyə sahib olanlar mikro sahibkar, illik gəliri 200 min manatdan 3 milyon manata kimi və 11-50 işçiyə sahib olanlar kiçik sahibkar, illik gəliri 3 milyon manatdan 30 milyon manata kimi və 51-250 işçiyə sahib olanlar orta sahibkar, illik gəliri 30 milyondan çox və 250-dən çox işçiyə sahib olanlar isə iri sahibkar hesab olunur.
Məlumat üçün qeyd edək ki, bundan əvvəlki meyarlara görə, illik gəliri 200 min manata qədər olan və maksimum 25 işçiyə sahib olanlar kiçik sahibkar, illik gəliri 200 min manatdan 1 milyon 250 min manata kimi və 25-125 işçiyə sahib olanlar orta sahibkar, illik gəliri 1 milyon 250 min manatdan yuxarı və 125 nəfərdən çox işçiyə sahib olanlar iri sahibkar hesab olunurdu.