Bakı Beynəlxalq Avtovağzal Kompleksində gücləndirilmiş iş rejiminin müddəti 2 gün uzadılıb.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova məlumat verib.
“Xidmət olaraq ölkənin 60 avtovağzal və avtostansiya şəbəkəsində gücləndirilmiş iş rejimini yanvar ayının 5-nə qədər uzatdıq. Bir daha xahiş edirik ki, biletlərinizi avtovağzallarımızın kassalarından əldə edəsiniz. Əks halda qeyri-qanuni daşımalar icra edən işbazların qeyri-peşəkar sürücüləri ilə müşayət olunacaq səfərinizin yol-nəqliyyat hadisəsi ilə nəticələnməsinə dair risk yüksəkdir”,- o bildirib.(Report)
Bu gün Respublikanın hər yerində olduğu kimi Astara rayonunun ümumtəhsil məktəblərində də 2021-2022-ci tədris ilinin ilk dərs günüdür.
İlk dərs günündə Astara rayon İcra Hakimiyyətinin...