Az getdim, üz getdim dərə- təpə düz getdim, uzun yollar keçdim. Dağları, təpələri aşdım. Şifahi xalq ədəbiyyatının qollarından olan qədim Azərbaycan nağıllarında belə ifadələr çox işlədilir.
Bəli “Yol mədəniyyətdir”, “Yaxşı dost yolda tanınar”, “Yolun uğurlu olsun”, “Yol böyüyün, su kiçiyin”, “İnsanın ömür yolu enişli- yoxuşludur”. Yolla bağlı aforizmlər, el sözləri çoxdur. Sadəcə bir-ikisini xatırlatdım. Bildiyimiz kimi qədim zamanlarda insanlar müqəddəs yerlərə(məsafəsi uzaq olan) at, dəvə ilə gedirdilər. Çünki o zamanlar təsadüfi maşın olsa da yollar bərbad halda olub. Rahat avtomobil yolu da olmayıb.
Bu gün texnika əsrində yaşayırıq. Artıq elm başqa planetlərdə də həyatın olduğunu təsdiqləmişdir. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Respublikanın hər bölgəsində yeni-yeni yollar salınmış, körpülər tikilmişdir. Elə flora-faunası ilə yaddaşlarda iz qoyan Astaranın, həmçinin dağ kəndlərinin yolları abadlaşdırılmış, asfalt döşənmişdir. Əlbəttə bu layihələr ölkənin inkişafını göstərməklə vətəndaşlarda ruh yüksəkliyi oyatmaqla xoş təsir bağışlayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir sıra sərəncamları ilə həyata keçirilmiş uğurlu layihələrdən biri də Ələt-Astara İran İslam Respublikası ilə dövlət sərhəd avtomobil yolunun fəaliyyətə başlamasıdır. Yolun açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səmimi nitq söyləmişdir.
Bu gün həmin yollarda avtomobillər rahatlıqla şütüyürlər. Həm vaxt itkisini aradan götürən həm də ecazkar yoldan özüm də keçdiyimdən doğurdan da yeni yolun sağ və soldakı mənzərəsi insana necə də rahatlıq gətirir, könlünü oxşayır, qəlbi coşa gəlir və istər istəməz bir nida qopur. “Yaradan əllərə alqış”!…
Yüzlərlə müsahibimin fikrini ümumiləşdirən bir qələm əhli kimi hörmətli Prezidentimiz İlham Əliyev cənablarına Ələt-Astara İran İslam Respublikası ilə dövlət sərhəd avtomobil yolunun istifadəsinə görə minnətdarlıq edərək dərin və səmimi təşəkkürümüzü bildiririk.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...