Astara rayonunda fəaliyyət göstərən Future Genius Tədris və İnkişaf mərkəzi 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 30-da Astarada ilk dəfə “Gələcəyin Dahiləri” adlı bilik yarışması keçirib.
Yanvarın 5-də Future Genius Tədris və İnkişaf mərkəzi yarışmada iştirak edərək yüksək nəticə göstərən şagirdləri mükafatlandırıb.
Mükafatlandırma mərasimində Future Genius Tədris və İnkişaf mərkəzinin nümayəndəsi Elvin Zeynalov, “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə çıxış edərək şagirdləri göstərdikləri yüksək nəticəyə və qazandıqları uğurlara görə təbrik edib.
Elvin Zeynalov qeyd edib ki,bilik yarışmasının təşkil olunmasının əsas məqsədi məktəblilərin elmə və yaradıcılığa olan marağının daha da artırılması üçün əlverişli şərait yaratmaq, eyni zamanda, istedadlı və bacarıqlı şagirdləri müəyyənləşdirmək, gələcəkdə onların potensialını inkişaf etdirmək yolunda mühüm addımlar atmaqdır.
QALİBLƏR: II-III siniflər üzrə Ərçivan qəsəbə 3 saylı tam orta məktəbin şagirdi Zərinə Məmmədzadə I yer, Hamoşam kənd tam orta məktəbin şagirdi Ramo İsmayılzadə II yer, Pensər kənd 2 saylı tam orta məktəbin şagirdi Rəsul Şahverdiyev III yeri qazanıblar.
IV-V siniflər üzrə Astara şəhər 2 saylı tam orta məktəbin şagirdi Rəvan Məmmədov I yer, Şiyəkəran kənd 1 saylı tam orta məktəbin şagirdi Zeybəb Salmanova , Siyaku kənd tam orta məktəbin şagirdi Nuhru Şahbazov II yer, Toradi kənd tam orta məktəbin şagirdi Onur Hüseynzadə, Şahağac kənd 1 saylı tam orta məktəbin şagirdi Fatimə Əsədullayeva, Toradi kənd 1 saylı tam orta məktəbin şagirdi Mələk Əlizadə, Maşxan kənd tam orta məktəbin şagirdi Kənan İmanov III yerlərin qalibi olublar.
VI-VII-VIII siniflər üzrə Toradi kənd tam orta məktəbin şagirdi Turan Əlizadə I yer, Astara şəhər 2 saylı tam orta məktəbin şagirdi Gülbahar Əliyeva II yer, Şağlazüzə kənd tam orta məktəbin şagirdi Səhər Fətəliyeva III yerləri qazanıblar.
IX-X-XI siniflər üzrə Astara şəhər 2 saylı tam orta məktəbin şagirdi Nərmin Əliyeva I yer, Təngərüd kənd tam orta məktəbin şagirdi Qaya Əsgərov II yer, Pensər kənd 2 saylı tam orta məktəbin şagirdi Məhəmməd Əliyev III yerləri qazanıblar.
Sonda şagirdlərə Future Genius Tədris və İnkişaf mərkəzinin fəxri fərmanları, qiymətli hədiyyələr olan notebook və planşetlər təqdim olunub.
Bu gün Respublikanın hər yerində olduğu kimi Astara rayonunun ümumtəhsil məktəblərində də 2021-2022-ci tədris ilinin ilk dərs günüdür.
İlk dərs günündə Astara rayon İcra Hakimiyyətinin...