Lənkəran Dövlət Universiteti (LDU) ilə Türkiyənin daha bir ali təhsil müəssisəsi – Amasya Universiteti arasında akademik əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanıb.
İki universitet arasında təhsil və tədqiqat sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədi daşıyan anlaşma memorandumunda tədris, tədqiqat, tələbə, müəllim, təlim proqramları mübadiləsi, birgə elmi seminarların və tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Sənədi LDU-nun rektor vəzifəsini icra edən professor Natiq İbrahimov və Amasya Universitetinin rektoru, professor Mətin Orbay imzalayıblar.Lənkəran Dövlət Universiteti Türkiyənin 20-dən çox ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir.(Azərtac)