Misir Prezidenti Əbdülfəttah əl-Sisi paytaxt Qahirənin 40 kilometr şərqində dünyanın ikinci, Yaxın Şərqin isə ən böyük məscidi ilə kilsəsinin rəsmi açılışını edib.
Məscidin adı “Əl-Fəttah əl-Alim”, kilsənin adı isə “Məsihin doğuşu” olduğu bildirilir. Fələstinin dövlət başçısı Mahmud Abbasın da iştirak etdiyi tədbirdən sonra məsciddə azan oxunub və namaz qılınıb. Ə. əl-Sisi və Əl-Əzhər şeyxi Əhməd ət-Tayyib kilsədə çıxış ediblər. Misir Prezidenti açılışı önəmli və tarixi an olaraq qiymətləndirib, Ə. ət-Tayyib isə İslam dövlətlərinin məscid, kilsə və sinaqoq kimi ibadətxanaların qoruyucusu olduğunu deyib. Misirli rəsmilər bildiriblər ki, məscid dünyanın ikinci ən böyük məscididir, kilsə sə Yaxın Şərqin ən böyük kilsəsidir.(Yeniavaz.com)
Bu gün Respublikanın hər yerində olduğu kimi Astara rayonunun ümumtəhsil məktəblərində də 2021-2022-ci tədris ilinin ilk dərs günüdür.
İlk dərs günündə Astara rayon İcra Hakimiyyətinin...