26-27 yanvar 2019-cu il tarixdə Badamdar qəsəbəsində yerləşən Dubay International Oteldə V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, konfransın əsas məqsədi arı xəstəliklərinin qarşısını almaq, arıçılıqda məhsuldarlığı artırmaq və arıçıların öz məhsullarını yerli və xarici bazara çıxarması yollarını araşdırmaqdır.
Konfransda Almaniya, Türkiyə, Rusiya, Ukrayna və Gürcüstandan olan elm adamları öz təcrübələrini yerli arıçılarla bölüşəcəklər.
Konfransda, həmçinin müvafiq dövlət orqanlarının, ictimai birliklərin nümayəndələri və iş adamları da iştirak edəcək.(Trend)