Şamaxı və ətraf rayonlara qar yağıb. Qarlı, şaxtalı hava saat 15:00 radələrində başlayıb, bu dəqiqələrə qədər davam edib.

Güclü külək əsib, ardınca yağan sulu qar qara çevrilib.

Ən çox qar rayonun Pirqulu, Qızmeydan, Pirbəhli, Dəmirçi və Sis kəndlərinə yağıb.

Qobustan rayonuna da qar yağıb. Güclü külək səbəbindən Qobustan-Xilmili yoluna sovrulan qar texnikaların köməyilə təmizlənib. Temperatur 9-10 dərəcə aşağı düşüb. Hazırda rayon ərazisində havanın temperaturu -2 dərəcəyə qədər enib.

Respublikanın əsas magistral yollarından olan Ağsu dolayları, Muğanlı-İsmayıllı və Bakı-Şamaxı avtomobil yolu işlək vəziyyətdədir.(oxu.az)