Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan qərargahın saat 12.00-a olan məlumatına görə, Xəzər dənizində Günəşli yatağında dalğanın hündürlüyü 5,3 metrə çatıb.
Nazirlikdən xezerxeber.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 28- 36 m/s təşkil edir.
Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə isti təşkil edir və sulu qar yağır.(xezerxeber.az)
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Kolatan kəndində səyyar qəbul və görüş keçirtmişdir. Görüşdə rayonun idarə, müəssisə...