Uzaq Şərqdə qəzaya uğramış “Su-34”ün katapult edən daha bir təyyarəçisi aşkar edilib.
 Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, qəza təyyarələrin bir-birinə toxunması nəticəsində baş verib. Hadisə Yapon dənizi üzərində təlim-məşq uçuşu zamanı olub.

*** 13:01
Uzaq Şərqdə qəzaya uğramış “Su-34”ün birinin katapult edən təyyarəçisi aşkar edilib.
Bu barədə Rusiyann Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həmin təyyarəçinin sağlıq durumu qənaətbəxşdir.
Qeyri-rəsmi mənbələr qəzanın ekipajın səhvi səbəbindən baş verdiyini bildiriblər.

*** 11:04
Rusiyanın Uzaq Şərq ərazisində iki “Su-34” qırıcı təyyarəsi toqquşub.
Məlumatı TASS yayıb.
Hadisə yanvarın 18-də səhər saatlarında dəniz sahilinə yaxın ərazidə baş verib. Təyyarələrdən birinin pilotu katapult edib. Amma onun sağ qalıb-qalmadığı məlum deyil. Digər təyyarənin pilotunun taleyindən xəbər yoxdur.
Hadisə ilə bağlı araşdırma aparılır.
***
Rusiyanın Müdafiə Nazirliyi Uzaq Şərqdə iki “Su-34” qırıcısının qəzaya uğradığını təsdiqləyib.(Report)