Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə 2018-ci ildə 11-ci qrant müsabiqəsinin qalibi, Lənkəran rayon Şilavar kənd sakini Famil Məmmədovun “Vətənim Azərbaycan” intellektual oyunu layihəsi çərçivəsində final mərhələsi keçirilib. 6 komandanın iştirak etdiyi final mərhələsində Astara rayonundan “Zəfər” (Astara şəhər 6 saylı tam orta məktəb), “Gələcəyin ümidləri” (Astara rayonun fəal gəncləri) olmaqla ümumilikdə 2 komanda iştirak edib.
Yarışın sonunda “Gələcəyin ümidləri” və  “Zəfər” komandalarımız müvafiq olar III və IV yerləri qazanıblar.
Elnur Qurbanlı
Astarainfo.az