Bu gün Azərbaycanın orta məktəblərində qış tətili başa çatıb.

2018-2019-cu dərs ilinin 5 günlük tətili yanvarın 27-də başlamışdı.

Fevralın 1-də isə ümumtəhsil məktəblərində dərslərə start verilib.

Qeyd edək ki, məktəblərdə dərs məşğələləri sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr – 26 yanvar, ikinci yarımil isə 1 fevral – 14 iyun tarixlərini əhatə edir.

Dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilib.(Yeniavaz.com)