Xəbər verdiyimiz kimi, dövlət başçısı İlham Əliyev fevralın 7-də zəlzələnin baş verdiyi Şamaxı rayonuna baş çəkib. Azərbaycan prezidenti Şamaxı şəhəri, Salman Mümtaz küçəsi 33 ünvanında yerləşən və ən çox zərər dəymiş evin sakinləri ilə görüşüb. Prezidentə məlumat verilib ki, Rasim Həsənova məxsus iki mərtəbəli, beş otaqlı evin iki otağı tamamilə dağılaraq yararsız vəziyyətə düşüb.
Yaranmış vəziyyətlə tanış olan dövlət başçısı dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq göstəriş verib.
Ev sahibləri ilə görüş zamanı maraqlı anlar yaşanıb. Belə ki, ev sahibi olan yaşlı qadın prezident İlham Əliyevlə görüş zamanı ona təşəkkürünü bildirib, əlini öpmək istəsə də, dövlət başçısı incə bir jestlə özü əyilərək qadının əllərindən öpüb.(Yeniavaz.com)