Təbii alma sirkəsi çox qiymətli müalicəvi məhsuldur. Hələ dahi Hippokrat xəstələri alma sirkəsi ilə müalicə edirdi.
Astarainfo. az Saglamolun.az -a istinadən alma sirkəsinin faydalı xüsusiyyətlərini təqdim edir.
– Alma sirkəsinin çox güclü mikrobəleyhinə xüsusiyyətləri var.
– Bağırsaqlara antiseptik təsir edir, disbakterioz zamanı faydalıdır.
– Damarların sağlamlığını qoruyur, varikoz zamanı kömək edir.
– Qanı duruldur, damarlarda trombların əmələ gəlməsi riskini azaldır.
– Ürəyin fəaliyyətini yaxşılaşdırır, təzyiqi normaya salır.
– Qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edir.
– Qanda xolesterinin səviyyəsini aşağı salır və bununla da aterosklerozun riskini azaldır.
– Bağırsaqlarda qurdları öldürür.
– Arıqlamağa kömək edir.
– Sinir sisteminə müsbət təsir edir.
– Orqanizmi toksin və digər ziyanlı maddələrdən təmizləyir.
– Piylərin parçalanmasını sürətləndirərək arıqlamağa kömək edir.
– Kosmetologiyada istifadə olunur – kəpəyi müalicə edir, saçları möhkəmləndirir, tökülməsini azaldır, dərini sızanaqlardan təmizləyir.
Alma sirkəsini çoxlu miqdarda qəbul etmək olmaz. Müxtəlif profilaktik, müalicə məqsədləri ilə və həmçinin arıqlamaq üçün 1 stəkan suya 1 x.q. təbii alma sirkəsi əlavə olunur və səhər yeməkdən 30 dəqiqə əvvəl içilir.
Bəzi mədə-bağırsaq sistemi xəstəlikləri zamanı alma sirkəsinin qəbulu siyanlı ola bilər. Bu səbəbdən istifadə etdikdən əvvəl həkimlə məsləhətləşin.