Hindistanın paytaxtı Nyu-Dehli şəhərində yerləşən “Arpit Palace” otelində yanğın zamanı 17 nəfər həyatını itirib.
Xəstəxanaya 3 yaralı çatdırılıb.
Ölənlər arasında özünü pəncərədən atan qadın və uşaq da var.
Bundan əlavə, 34 nəfər təxliyyə edilib və ya özləri xilas olmağı bacarıb.
Daha əvvəl Braziliya klubunun təlim-məşq bazasındakı yanğında 10 nəfər ölüb.(Realtv.az)