fbpx
  • ANA SƏHİFƏ
    • ASTARA XƏBƏRLƏRİ
  • GÜNDƏM
    • REGİONLAR
    • ÖLKƏ
    • CƏMİYYƏT
    • KRİMİNAL
  • DÜNYA
    • SİYASƏT
    • HƏRBİ
  • İQTİSADİYYAT
    • Turizm
    • İKT
  • SOSİAL
    • MƏDƏNİYYƏT
    • TƏHSİL
    • MÜSAHİBƏ
    • İNCƏ SƏNƏT
    • MƏQALƏLƏR
    • YAZARLAR
  • HADİSƏ
  • MEDİA
    • FOTO
    • VİDEO
    • MAGAZİN
    • MULTİMEDİA
    • QOROSKOP
  • SAĞLAMLIQ
    • İDMAN
  • MARAQLI
    • MƏTBƏX
    • FAYDALI
Axtarış
  • ASTARA QƏZETİ PDF
  • ƏLAQƏ
Astarainfo.az
  • ANA SƏHİFƏ
    • ASTARA XƏBƏRLƏRİ
  • GÜNDƏM
    • REGİONLAR
    • ÖLKƏ
    • CƏMİYYƏT
    • KRİMİNAL
  • DÜNYA
    • SİYASƏT
    • HƏRBİ
  • İQTİSADİYYAT
    • Turizm
    • İKT
  • SOSİAL
    • MƏDƏNİYYƏT
    • TƏHSİL
    • MÜSAHİBƏ
    • İNCƏ SƏNƏT
    • MƏQALƏLƏR
    • YAZARLAR
  • HADİSƏ
  • MEDİA
    • FOTO
    • VİDEO
    • MAGAZİN
    • MULTİMEDİA
    • QOROSKOP
  • SAĞLAMLIQ
    • İDMAN
  • MARAQLI
    • MƏTBƏX
    • FAYDALI
Ev ASTARA XƏBƏRLƏRİ Astaranın Kijəbə qəsəbəsində səyyar qəbul və görüş

Astaranın Kijəbə qəsəbəsində səyyar qəbul və görüş

14/02/2019
Share on facebook
Twitter tweet
12 min nəfərdən çox əhalisi olan Kijəbə qəsəbəsində rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev vətəndaşlarla səyyar qəbul və görüş keçirmişdir. Qəbulda rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.
İcra başçısı sakinləri salamlayaraq qəsəbədə və nümayəndəliyə daxil olan kəndlərdə vaxtaşırı səyyar qəbul-görüşlər keçirdiyini, qaldırılan problemlərin həllinə nail olunduğunu bildirmişdir. Qəsəbə tam orta məktəbi, sahə xəstəxanası, ictimai yaşayış binaları əsaslı təmir olunmuş, bayraq meydanı, istirahət parkı salınmış, səkilərə daş üzlüklər döşənmiş, qəsəbənin əsas küçəsinin işıqlandırılması təmin olunmuş, əksər yollar asfaltlaşdırılmışdır. Nümayəndəliyə daxil olan kəndlərdə də kifayət qədər quruculuq-abadlıq işləri görülmüşdür. Bu görüşdə də məqsədimiz sizi dinləyərək narahatlıq doğuran məsələlərin həllinə birgə nail olmaqdır. Xahiş edirəm fəal olaraq təkliflərinizi verin.
Sakinlərdən Nəsrəddin Teymurov, Mərcan Əliyeva, Musa Məcidov, Fazil Zülfüqarov, Rəhman Ağayev, İlyas Baxşıyev və başqaları çıxış edərək respublikamızda və rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlar barədə fikirlərini bildirmiş, göstərilən qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını ifadə etmişlər. Sakinlər çəkilən asfalt yolların, tikilən təhsil-səhiyyə müəssisələrinin, digər quruculuq-abadlıq işlərinin uğurla aparılmasından hədsiz razılıqla söhbət açmışlar. Müntəzəm olaraq sakinlərlə görüşə gəldiyinə, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına görə İcra başçısına minnətdarlıq etmişlər. Görülən işlərlə yanaşı qəsəbənin elektrik xətt təsərrüfatının yeniləşdirilməsi, uşaq bağçasının genişləndirilməsi, Ojakəran kənd futbol meydançasının standartlara uyğun düzəldilməsi, Lovayın kənd tam orta məktəbi üçün yeni binanın tikintisi, Tüləküvan kəndinə suvarma suyun çəkilməsi barədə təkliflər  vermişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev qaldırılan bəzi məsələlərin həllindən ötrü idarə, müəssisə rəhbərlərinə tapşırıq vermiş, digərlərinin həllinin diqqətdə saxlanacağını bildirmişdir. Qeyd etmişdir ki, elektrik xətt təsərrüfatının müasir tələblərə uyğun yenidən qurulması dövlət proqramına salınmış, icrası təmin olunacaqdır. Qəsəbənin əsas enerji ötürücüsü olan Lovayın yarımstansiyasında əsaslı təmir işləri aparılmışdır. Lakin elektrik dirəkləri və xətlər köhnə olduğu üçün küləkli havalarda qısa fasilələr yaranır. Buna baxmayaraq əhaliyə dayanıqlı elektrik enerjisinin verilməsi təmin olunur.
Tüləküvan kəndinə suvarma suyunun çəkilişi üçün aidiyyəti qurumların  imkanlarından səmərəli istifadə edilməlidir. Keçən il bu işi icma öhdəsinə götürmüşdü. Maraqlanmışam, yaxın vaxtlarda onlar bu işi davam etdirəcəklər. Kənd sakinlərin qüvvəsi səfərbərliyə alınmalı, birgə fəaliyyət göstərilməlidir. Bu işdə biz də öz köməkliyimizi göstərəcəyik. Məlumat üçün bildirim ki, möhtərəm cənab Prezident İlham Əliyevin Sərəncamları ilə rayonumuzda bir neçə artezian quyusu qazılmış, bu il daha bir quyu qazılacaqdır.
Burzubənd kənd tam orta məktəbin vəziyyəti bizi çox narahat edirdi. Sizinlə görüşdə demişdim ki, bu vəziyyət çox çəkməyəcək, yeni, müasir tipli bina inşa ediləcəkdir. Hazırda ən müasir səviyyədə 360 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanmışdır. Əlavə olaraq Şəmətük kəndində də modul tipli məktəb binası tikilir. Digər sosial layihələrin icrası da davamlı olaraq aparılacaq.
 Doğrudan da müstəqil dövlətimizin inkişafı, tərəqqisi bizi hədsiz sevindirir. Sabitlik, əmin-amanlığın hökm sürdüyü Azərbaycanımızda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir. Bu inkişafı rayonumuzun və Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin timsalında aydın şəkildə görürük. Son illər nümayəndəlikdə görülən işlər kifayət qədərdir. Bunları çıxışınızda siz də qeyd etdiniz. Bu qədər quruculuq və abadlıq işlərinin aparılması ölkəmizin böyük iqtisadi gücünü göstərməklə, əhalinin normal yaşayışının təmin edilməsi, rifah halının yaxşılaşdırılmasına xidmət edir.  Görülən hər bir işin arxasında cənab Prezidentimiz durur. Bütün icra olunan layihələr ölkə başçısının Sərəncamları ilə ərsəyə gəlir.
Bunlar xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizə bəxş etdiyi əmin-amanlıq və ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətinin nəticəsidir. Tam əminliklə deyirəm ki, gələcəkdə Azərbaycanımız daha güclü olacaq və iqtisadi gücümüz artdıqca həyata keçirilən layihələrin miqyası da artacaqdır. Bu işlərdə biz də hər zaman ölkə rəhbərinə dəstək olmalı, ətrafında sıx birləşməli, birlik nümayiş etdirməliyik.
İcra başçısı Burzubənd kənd tam orta məktəbində tikinti işlərinin gedişi ilə tanış olmuş, tövsiyə və tapşırıqlarını vermişdir.
1 of 6
Astarainfo.az
Əvvəlki məqaləTürkiyənin daha bir şəhərində Xocalı parkı (VİDEO)
Növbəti məqalədəAli təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
admin

MƏQALƏLƏRMÜƏLLIF DAHA ÇOX

Prezident İlham Əliyevin cari ilin 31 may tarixində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl...

   Budo döyüş növləri üzrə  açıq Beynəlxalq  çempionatında idmançılarımız 4 qızıl və 3 gümüş medal qazanmışlar  

Prezident İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatı 

Son Yazılar

  • Prezident İlham Əliyevin cari ilin 31 may tarixində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışında çıxışı
  •    Budo döyüş növləri üzrə  açıq Beynəlxalq  çempionatında idmançılarımız 4 qızıl və 3 gümüş medal qazanmışlar  
  • Prezident İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatı 
  • Prezident İlham Əliyevin cari ilin 28 may tarixində Laçın şəhərindəki çıxışı
  • Prezident İlham Əliyevin  25 may 2023-cü il tarixində Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasındakı çıxışı
  • Prezident İlham Əliyevincari ilin 22 may tarixində Litvada rəsmi səfəri zamanı mətbuata bəyənat vermişdir
  • 28 May – Müstəqillik Günüdür
  • Züngüləş kəndində səyyar qəbul və görüş keçirilmişdir
  • Rayonumuzun yeniyetmə güləşçiləri yeni nailiyyətlər əldə ediblər
  • Astara rayonunda “Əkinçilik sahəsində məşğul olan sahibkarlıq subyektlərinin çətinliklərinin öyrənilməsinə dair görüş” adlı tədbir keçirilmişdir
  • Rayonda sitrusçuluq günü-gündən inkişaf edir
  • Alman turistlərlə əyləncəli idman oyunları  keçirilmişdir
  • Azərbaycanda ilk dəfə olaraq qadınlar arasında 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları Astarada keçirilir
  • Astarada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə təhsil festivalı keçirilmişdir
  • Şuvi kəndində səyyar qəbul və görüş keçirilmişdir
  •     “Sağlam həyat”adlı 18-24 yaşlı tələbələr arasında rayon birinciliyi keçirilmişdir
  • Astaralı idmançı açıq Asiya kubokunun qalibidir
  • “Su ehtiyatlarından səmərəli istifadə” mövzusunda maarifləndirici tədbir keçirilmişdir
  • İmaməli Hüseynovun xatirəsinə həsr olunmuş Sərbəst güləş üzrə açıq Astara rayon turniri keçirilmişdir
  • “Altay” Gənclərin İntellektual-İnnovasiya Klubunun məzunları ilə görüş keçirilmişdir

Astara qəzeti

İcra başçısı Qəzənfər Ağayev ümumtəhsil məktəblərində olmuş, tələbə adını qazanan məzunların...

22/09/2021
0
Bu gün Respublikanın hər yerində olduğu kimi Astara rayonunun ümumtəhsil məktəblərində də 2021-2022-ci tədris ilinin ilk dərs günüdür. İlk dərs günündə Astara rayon İcra Hakimiyyətinin...
BIZIM HAQQIMIZDA
Regionda, ölkədə və dünyada baş verən ən yeni xəbərləri oxuculara təqdim edir.
Bizimlə əlaqə: info@astarainfo.az
BIZI IZLƏYIN
© astarainfo.az
Edit with Live CSS
Save
Write CSS OR LESS and hit save. CTRL + SPACE for auto-complete.