Astara şəhər 2 saylı tam orta məktəbin idman zalında Yeniyetmələrin XII Respublika Oyunlarına hazırlıq məqsədilə 2005-2007-ci il təvəllüdlü məktəblilər arasında voleybol üzrə rayon birinciliyi keçirilib.
 Astarainfo.az xəbər verir ki, gərgin keçən yarışda Astara şəhər 2 saylı tam orta məktəbin komandası ilə Kijəbə qəsəbə tam orta məktəbin komandası finala çıxıb. Finalda Kijəbə məktəbinin komandası qalib gələrək birinciliyi əldə edib.
Yarışın sonunda Kijəbə qəsəbə və şəhər 2 saylı tam orta məktəblərin komandaları müvafiq olaraq I və II yerlərə layiq görülüb. Qalib komandalar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunub.