Darçın tarixən ən faydalı bitkilərdən hesab olunub. Balın isə faydaları hamıya məlumdur. Bal və darçın birlikdə isə ayrılıqda olduqlarından daha faydalıdır.
Astarainfo.az Yeniavaz.com-a istinadən xəbər verir ki, 1 yemək qaşığı bal və çay qaşığının 1/4 – i qədər darçını qarışdırın, soyuqdəymə, burun tıxanıqlığı və öskürəyi aradan qaldırmaq üçün 3 gün bu qarışımdan istifadə edin.
1 fincan çaya 2 yemək qaşığı bal və 3 çay qaşığı darçın əlavə edin. Bu çay 1 saat ərzində xolestrolu 10 faiz aşağı salır.
Araşdırmalar zamanı məlum olub ki, 3 ay müddətində 1 yemək qaşığı bal və o qədər də darçın qarışığının istifadəsi mədədəki şişləri sağaldır.
Bal və darçından həmçinin saç tökülməsinə qarşı da istifadə olunur. Belə ki, 1 qaşıq zeytun yağını, 1 qaşıq balı və 1 çay qaşığı darçını qarışdırın və bunu başınıza sürtün. 15 dəqiqə sonra isə yuyun.
Ümumiyyətlə isə hər iki məhsuldan gündəlik qida məhsulu kimi də istifadə edin. Çünki hələ elmə məlum olmayan onlarla faydalarının olması da istisna olunmur.