“Prezident İlham Əliyevin tələbələrin təqaüdünün artırılması ilə bağlı sərəncamı 110 minə yaxın tələbəyə şamil olunacaq”.
Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin fevralın 14-də imzaladığı müvafiq sərəncam 110 minə yaxın təhsilalanın sosial müdafiəsini gücləndirəcək: “Dövlət büdcəsinin vəsaiti hesabına 2019- cu ilin martın 1-dən təqaüdlər orta hesabla 20%-ə yaxın artacaq.
Cənab Prezidentin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə digər sərəncamı ilə 2019-cu ilin martın 1-dən təqaüd yerlərinin sayı 16000 vahid artırılıb və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına nisbəti hazırkı 31 faizdən 45 faizə çatdırılacaq”.(Report)