İstanbulun Fatih rayonunda 4 mərtəbəli bina çöküb. Yeniavaz.com Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə yerinə xeyli sayda polis və təcili yardım briqadaları cəlb olunub. Binanın çökməsi nəticəsində ölü və yaralıların olmadığını bildirilir.