Rayon mərkəzi kitabxanasında tarzən və şair Məmməd Ağasiyevin “101 qəzəl” adlı kitabının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində M.Ə.Sabir adına şəhər 1 saylı tam orta məktəbin müəllim və şagird kollektivi, Heydər Əliyev Mərkəzinin məsul işçiləri, mədəniyyət işçiləri və şairin sənət yoldaşları, dostları və yaxın qohumları iştirak ediblər.
Şairin həyat və yaradıcılıq səhifələrini əks etdirən video çarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Lənkəran Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Astara rayonu üzrə nümayəndə Şadoğlan Bayramov bildirib ki, istər şeiriyyat aləmində, istərsə də rayonun musiqi kollektivlərinin inkişafında M.Ağasiyevin böyük rolu olub.
Tədbirdə M.Ə.Sabir adına şəhər 1 saylı orta məktəbin müəllimi Zümrüd Ərçəyeva,   Əməkdar müəllim Heybət Hüseynov, sənət yoldaşlarından Cəlal Mədətzadə, Əməkdar Mədəniyyət işçisi Cəbrayıl Əliyev, Rəsul Əliyev, uşaqlıq dostu Qurban Bağırov, şairin şagirdi olmuş Uşaq Musiqi Məktəbinin müəllimi Şakir Quliyev, şairlərdən AYB-nin üzvü, şair Aqil Yaqub çıxış edərək “101 qəzəl” kitabında toplanmış qəzəllər barədə xoş fikirlərini söyləyiblər.
Tədbirdə rayon Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşları sənətkarın disk, kitab və fotolarından ibarət sərgi hazırlayıblar.Cəlal Mədətzadənin rəhbərliyi ilə rayon mədəniyyət mərkəzinin bir vaxtlar Məmməd Ağasiyevin rəhbərlik etdiyi “Sevinc“ Xalq kollektivinin müşayəti ilə E.Tağıyevin, E.Məlikovun E.Məhərrəmlinin T.Mahmudovanın ifaları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Natəvan Mədətzadə
Astarainfo.az