Yaxın günlərdə Azərbaycanda ilk “DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzi açılacaq.
Bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Vergilər. Şəffaflıq. İnkişaf” forumunda deyib.
Nazir bildirib ki, mərkəzdə “bir pəncərə” prinsipi ilə əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində 124 xidmət göstəriləcək: “Perspektivdə ölkədə 31 “DOST” mərkəzinin açılışı nəzərdə tutulur”.
Qeyd edək ki, ilk “DOST” mərkəzi Yasamal rayonunda açılacaq. Ümumilikdə cari ildə Bakıda daha 3 mərkəzin yaradılması nəzərdə tutulur.(Trend)
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Kakalos kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Kolatan kəndində səyyar qəbul və görüş keçirtmişdir. Görüşdə rayonun idarə, müəssisə...