Cəmi bir ovuc qoz şəkərli diabet xəstələrinin ürəktutma və ya insult keçirməsi riskini xeyli azalda bilir. Bu, vacib kəşfdir. Axı metobolik pozuntulardan əziyyət çəkən şəxslərin ölüm səbəbləri arasında ürək-damar xəstəlikləri aparıcı yer tutur.
AZƏRTAC “MedDeyli” saytına istinadla xəbər verir ki, gündə təqribən 7 ədəd qoz və ya 24 ədəd badam yeyən diabetiklər cəmi bir həftədən sonra özlərini xeyli yaxşı hiss ediblər. Bu halda ürək-damar xəstəliklərindən ölüm və ya bu xəstəliklərin kəskinləşməsi riski, müvafiq surətdə 34 faiz və 17 faiz azalıb. Diabet aşkar edilənə qədər mütəmadi olaraq qoz yeyən adamların ürək-damar xəstəlikləri üzündən vaxtsız ölüm halları 25-27 faiz azalıb.
İşemiya xəstəliyinin kəskinləşməsi riski 11-15 faiz azalır. Bütövlükdə qoz və badam yeyən xəstələrin qanında şəkərin səviyyəsi, qan təzyiqi göstəriciləri və damarların divarcıqlarının işi xeyli yaxşılaşıb.