Yulaf suyu sağlam qidalanmada trendlərdən biri sayılır. Bu sadə vasitənin bir çox faydalı xüsusiyyətləri var.
Astarainfo.az Saglamolun.az -a istinadən oxuculara yulaf suyunun müalicəvi xüsusiyyətlərini təqdim edir:
– orqanizmi şlak, toksin və digər ziyanlı maddələrdən təmizləyir
– qəbizlik zamanı kömək edir
– qanda şəkərin səviyyəsini aşağı salır
– xolesterinin səviyyəsini tənzimləməyir və bununla da ürək və damar xəstəliklərinin riskini azaldır
– arıqlamağa yardım edir
– böyrəklərin fəaliyyətini yaxşılaşdırır
– qaraciyər üçün faydalıdır
– oynaqlarda iltihabları azaldır
– üz dərisinin vəziyyətini yaxşılaşdırır, cavanlaşdırır, təmizləyir, təravətləndirir.
Yulaf suyunu hazırlamaq üçün 5 x.q. yulaf lopası (gerkules) və 1 l su götürün. Gerkulesi üyüdün, termosa tökün, üzərinə 1 l isti su tökün, axşamdan səhərə qədər dəmləyin, süzməyin (!). Növbəti gün ərzində suyu için (stəkana süzdükdən əvvəl hər dəfə qarışdırmaq lazımdır).