Məlum olduğu kimi Çində bir çox məhsulların, o cümlədən də düyünün saxtası hazırlanaraq bir çox ölkələrə ixrac edilir. 
Süni kimi bilinən düyü əslində, tam sintetik deyil. Onun əsasını formanı yaxşı saxlaması üçün plastik əlavə edilmiş kartof nişastası təşkil edir. Bir pors bu cür düyü yedikdə siz bir ədəd sellofan paket yemiş olursunuz. Ona görə də, düyü almazdan əvvəl onu yoxlamaq lazımdır.
 Su testi 
1 x/q düyünü soyuq suya ataraq sürətlə qarışdırın. Əgər düyü dənələri qabın dibində qalarsa deməli düyü təbiidir. Yox əgər dənələr suyun üzərində üzürlərsə, onda bu düyünün tərkibindən şübhələnmək lazımdır.
Alov testi 
Düyünü kibritlə yandırın. Saxta düyü o dəqiqə alışaraq yanacaq və yanmış plastmas qoxusu yayacaq.
Əzilmə testi 
Bir neçə ədəd düyü dənəsini əzin. Əsil düyü ağ una çevrilir. Saxta düyüdən isə sarımtıl rəngli kütlə alınacaq.
Kif testi
Əgər siz hazırladığınız düyü yeməyinin zərərsiz olub-olmadığını öyrənmək istəyirsinizsə, o zaman bişmiş düyünü az miqdarda qapalı şəkildə isti bir yerdə saxlayın. Bir neçə gündən sonra əsil düyü kiflənəcək. Saxta düyü isə ilk günkü kimi də qalacaq. (Medicina.az)