Askar Mamin Qazaxıstan Nazirlər Kabinetinin başçısı təyin edilib.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti müvafiq fərman imzalayıb. A. Mamin daha əvvəl Baş nazirin səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edilmişdi. Onun 53 yaşı var, müxtəlif vaxtlarda nəqliyyat və kommunikasiya naziri, Astana meri, “Qazaxıstan dəmir yolları” milli şirkətinin rəhbəri olub. 2016-cı ilin sentyabrından Baş nazirin birinci müavini vəzifəsində çalışıb.