Yeni sosial müavinətlər və təqaüdlərin 1 aprel tarixindən etibarən verilməsinə başlanılacaq.
REAL-ın xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, Prezidentin sərəncamı ilə 16 növ sosial müavinət və təqaüdlər çərçivəsində ayrılacaq müavinətlər 2 dəfədən çox artırılır.

***17:10
Azərbaycan prezidenti İlham Əliyev “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
REAL-ın xəbərinə görə, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sosial müavinətlərin arıtılması ilə bağlı mətbuat konfransı keçirir.
Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam 577 min insanı əhatə edəcək.
O bildirib ki, sərəncamın icrası üçün bu il büdcədən 302 milyon manatın ayrılması nəzərdə tutulur. Gələn il üçün bu rəqəm 400 milyon olacaq.