Fevralın 27-də Türkiyə Hərbi Dəniz Qüvvələrinin “Mavi Vətən 2019” adlı respublika tarixində ən böyük hərbi təlimi başlayıb.
Ölkə tarixində ilk dəfə olaraq Türkiyəni əhatə edən Qara, Egey və Aralıq dənizlərində keçirilən təlimə 103 gəmi qatılıb. Təlimin təkcə Aralıq dənizinin şərqindəki hissəsində 5 freqat, 4 hücum gəmisi, 2 minaaxtaran gəmi, 1 amfibiya gəmisi, 1 yanacaq gəmisi, müasir tipli 4 gözətçi gəmisi, 1 sahil mühafizəsi gəmisi və 3 köməkçi gəmi iştirak edir.
NATO-nun təlim planına əsasən təşkil olunan “Mavi Vətən 2019”da altı aylıq planlaşdırma müddəti tətbiq edilir. Təlimin məqsədi Hərbi Dəniz Qüvvələrinə aid gəmilərin və hava sistemlərinin əməliyyatlara hazırlıq səviyyəsinin artırılmasıdır.
“Mavi Vətən 2019”da təlimində əməliyyatların planlaşdırılması müddəti və ölkədə milli səviyyədə inkişaf etdirilərək hazırlanan Hərbi Dəniz Oyunlar Sistemi, eləcə də təlimin kompüter sistemlərinin dəstəyi ilə idarə edilməsinin səviyyəsi yoxlanılacaq.(AZƏRTAC)