Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
İclasda 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə haqqında müsbət rəy verilib.
İndiyədək keçirilən iclaslarda 400-ə yaxın müraciətə baxılıb.
Qeyd edək ki, komissiyaya 1000-dək müraciət daxil olub. İclaslar yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.
Xatırladaq ki, Novruz bayramı ərəfəsində əfv olacağı gözlənilir.(REAL)