Səhiyyə naziri Oqtay Şirəliyev respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair əmr imzalayıb.
Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, əmrdə qeyd olunur ki, keçən il Avropanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanla həmsərhəd olan Gürcüstan və Rusiya Federasiyasında qızılca xəstəliyinin yayılması və xəstəliyin ölkəmizə gətirilmə halları qeydə alınıb.
Qabaqlayıcı tədbirlərlə xəstəliyin qarşısını almaq məqsədilə imzalanan əmrdə Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə 2019-cu ilin mart-aprel aylarında qızılca xəstəliyi qeydə alınan Bakı şəhərində, respublikanın digər şəhər və rayonlarında 20-40 yaşlı əhali arasında qızılcaya qarşı immunlaşdırma tədbirlərinin keçirilməsi tapşırılır.
Əmrdə ambulator-poliklinik müəssisələrdə briqadaların təşkili və peyvənd aparılacaq tibb məntəqələrində müvafiq şəraitin yaradılması əks olunub. Əmrdə, eyni zamanda, immunlaşdırma tədbirlərinin həyata keçirilməsində yerli tibb müəssisələrinə metodiki köməklik göstərilməsi, bölgüyə əsasən qızılca-məxmərək vaksininin yerlərə çatdırılmasının təminatı ilə məşğul olmaq tapşırıqları da verilib.(AZƏRTAC)
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Sipiyəpart kəndində əhali ilə görüş keçirtmişdir. Görüşdə rayonun aidiyyəti idarə və...