Martın 8-15-də ABŞ-ın Las-Veqas şəhərində yeniyetmə ağır atletlər arasında VIII dünya birinciliyi keçiriləcək. Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, yarışa milli komandamız da qatılacaq.
Dünya birinciliyində baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında Ömər Cavadov (55 kq), Elşən Məmmədov (61 kq), Rüstəm Qasımov (67 kq), Əli Şükürlü (96 kq) və Rəhman Kazımov (+102 kq) nəyə qadir olduğunu nümayiş etdirəcəklər.
Qeyd edək ki, dünya birinciliyin 50 ölkədən 200-dən çox atlet mübarizə aparacaq.(ONA)