Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 46-cı görüşü keçiriləcək. İclasda xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edəcək. “İslam əməkdaşlığının 50 ili: Rifah və inkişaf üçün yol xəritəsi” mövzusunda keçiriləcək iclas iki gün davam edəcək.
Görüşdə Fələstin məsələsi, Orta Şərqdə sülh prosesi, terrorizmə mübarizə, islamafobiya, və digər məsələlər müzakirə ediləcək.(ONA)