Martın 1-dən 5-dək Astara Olimpiya İdman Kompleksində rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə 5 Mart Bədən tərbiyəsi və idman gününün qeyd edilməsi, bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin həyata keçirilməsi, rayonda kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, yeniyetmə və gənclərə sağlam həyat tərzinin aşılanması məqsədi ilə məktəbli yeniyetmələr arasında mini futbol üzrə rayon birinciliyi keçirilib.
Tədbirin açılış mərasimində rayon gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev 5 mart Bədən tərbiyyəsi və idman günü münasibəti ilə iştirakçıları ,müəllim heyyətini və idmançıları təbrik edib və uğurlar arzulayıb.
Daha sonra oyunun qaydaları haqqında futbol üzrə Respublika dərəcəli hakim Afət Əkbərov iştirakçıları məlumatlandırıb və oyuna start verilib.
Yarışda Şəhər 1, 2 saylı,Təngərüd, Pensər kənd 2 saylı tam orta məktəblərinin komandaları iştirak ediblər. Dairəvi sistemi ilə keçirilən oyunların sonunda şəhər 1 və 2 saylı tam orta məktəbin komandaları müvafiq olaraq I və II yerlərə layiq görülüblər.
Qaliblər rayon gənclər və idman idarəsinin diplomları ilə mükafatlandırılıb.
Bu gün Respublikanın hər yerində olduğu kimi Astara rayonunun ümumtəhsil məktəblərində də 2021-2022-ci tədris ilinin ilk dərs günüdür.
İlk dərs günündə Astara rayon İcra Hakimiyyətinin...