Astarainfo.az xəbər verir ki, ad günü münasibəti ilə müştərilərə müxtəlif endirimli qiymətlər təklif edən “Halal Market”ə hər zaman olduğu kimi, bu gündə müştəri axını olub. Rayonun ən tanınmış və keyfiyyətli marketlərindən olan “Halal Market” ilin bütün fəsillərində daim fərqli kompaniyaları ilə müştərilərin xidmətindədir. Marketdən alış-veriş edənlərə xüsusi kartlar təqdim olunur. Bu kartlar ilə bonuslar yığaraq hədiyyələr əldə etmək mümkündür. Marketdə qida məhsulları ilə yanaşı ehtiyac duyulan hər şeyi münasib qiymətə, rahatca əldə edə bilərsiniz. Marketin işçiləri daim alıcıların bütün istəklərini həyata keçirməklə, alıcılar arasında xoş təəssürat yaradır.
Alıcı Ağadadaş Abdullayev də “Halal Market”in daimi müştərisi olduğunu vurğulayıb: “Mən market açılan gündən, buradan alış-veriş edirəm. Bura gələrkən rahat oluram. Qiymətlərdə çox sərfəlidir, nə axtarırsan var, başqa marketlərə getməyə ehtiyac yoxdur.
Astara rayonu Nizami küçəsində yerləşən “Halal Market” də 12 nəfər işçi müştərilərə yüksək xidmət göstərir. Düz bir il əvvəl açılan və fəaliyyəti dövründə sakinlərə keyfiyyətli xidmət göstərən “Halal Market” şəhərin ən böyük gündəlik istehlak malları dükanıdır.
Marketin müdiri Ceyhun Mirzəyev vurğulayıb ki, “Halal Market” il ərzində də müxtəlif endirimli kompaniyalar ilə sakinlərin xidmətində olacaq.